Yazını böyüt
Yazını kiçilt
Parisdə keçirilən kənd təsərrüfatı sərgisində ziyarətçilərlə sərgi iştirakçıları arasında mübahisə yaranıb.
Hafta.az xəbər verir ki, mübahisə qısa müddətdə davaya çevrilib. Davada iştirak edənlərdən biri soyuq silah tətbiq edərək 2 polis əməkdaşına xəsarət yetirib.
Əlavə polis qüvvələrinin müdaxiləsi nəticəsində hadisənin qarşısı qısa müddətdə alınıb və 15 nəfər saxlanılıb.
Saxlanan şəxslər izahatları alındıqdan sonra sərbəst buraxılıb.